FAO Gəncə-Qazax iqtisadi rayonunda fermerlər üçün pilot layihəyə start verir

FAO Gəncə-Qazax iqtisadi rayonunda fermerlər üçün pilot layihəyə start verir
# 09 fevral 2021 15:08 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Gəncə-Qazax iqtisadi rayonunda fermerlərin aqrar məsləhət xidmətləri ilə təminatının yaxşılaşdırılması məqsədilə pilot layihənin icrasına başlayır.

FAO-dan "APA-Economics"ə verilən məlumata görə, Təşkilatın ölkədə həyata keçirdiyi "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi çərçivəsində Gəncədə regional ofis açılıb. Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə ölkə üzrə beşillik strategiya hazırlanması ilə yanaşı, iki pilot regionda – Gəncə və Quba regionlarında bu strategiyaya uyğun pilot fəaliyyətlər icra edilməsini nəzərdə tutur.

Layihənin icrası ilə əlaqədar yaxın günlərdə aqrar məsləhət xidməti sektorunun iştirakçıları ilə aqrar məsləhət xidmətlərinin gücləndirilməsi sahəsində müzakirələrə başlanılacaq. Müzakirələr fermerlərin aqrar məsləhət xidməti ehtiyacları ilə xidmət təminatçılarının təkliflərini ortaq məxrəcə gətirmək istiqamətində aparılacaq. Yerli innovasiyalar üçün prioritet və imkanların müəyyənləşdirilməsi üçün region mütəxəssislərini və fermerlərini əhatə edən dəyirmi masaların və seminarların təşkili də nəzərdə tutulub. Regionda iki icma (kənd və bələdiyyə) seçilərək, pilot fəaliyyətlər o icmalarda tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR