Türkiyə meyvə şirələrinin ixracını rekorda çatdırıb

Türkiyə meyvə şirələrinin ixracını rekorda çatdırıb
# 01 fevral 2021 15:52 (UTC +04:00)

2020-ci ildə Türkiyənin meyvə şirələrinin ixracının dəyəri əvvəlki illə müqayisədə 24% artaraq rekord həddə – 322,8 mln. ABŞ dollarına çatıb.

"APA-Economics"in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Ege Bölgəsi İxracatçılar Birliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, 2019-cu ildə meyvə şirələrinin ixracı 259,8 mln. dollara bərabər olub.

Türkiyədən meyvə şirələrinin əsas idxalçıları ABŞ (86,6 mln. dollar) və Niderland (32,1 mln. dollar) olub. 2020-ci ildə ən böyük ixrac artımı Cənubi Koreyaya müşahidə edilib. Bu ölkəyə ixrac 133% artaraq 31,5 mln. dollara çatıb.

Ən populyar məhsullar alma, üzüm, ananas şirələri və onların konsentratları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR