AQTA: Bölgədə ciddi təhlükə törədən xəstəliklərdən biri quduzluqdur

AQTA: Bölgədə ciddi təhlükə törədən xəstəliklərdən biri quduzluqdur
# 25 aprel 2023 10:51 (UTC +04:00)

Son 5 ildə WOAH, FAO və digər beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla “Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə Qlobal Strategiya”ya uyğun olaraq, ölkəmiz bu xəstəlikdən azad olmanın təsdiqlənməsi əzmindədir və bu istiqamətdə fəaliyyətlər məqsədyönlü şəkildə davam edir.

APA xəbər verir ki, bunu “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə yol xəritəsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, heyvan mənşəli məhsulların beynəlxalq dövriyyəsində ən çox maneə yaradan xəstəliklərdən biri dabaqdır:

“Buna görə də, respublikamız də daxil olmaqla, bölgədə qeyri-stabil epizootik status daşıdığı nəzərə alınaraq, regional əməkdaşlıq mexanizmləri tətbiq edilməklə dabağın ləğvi və bu xəstəliyə davamlı nəzarətin təmin olunması hədəflərdən biri kimi müəyyənləşdirilib. “Dabaq xəstəliyi ilə mərhələli mübarizə planı” üzrə fəaliyyət davam etdirilir”.

AQTA sədri həmçinin nəzərə çatdırıb ki, bu iki xəstəliklə yanaşı, bölgədə ciddi təhlükə törədən xəstəliklərdən biri də quduzluqdur:

“Bu il region ölkələri arasında ilk dəfə Azərbaycanda aviasiyadan istifadə olunmaqla, vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsi həyata keçirilib və bu istiqamətdə tədbirlər davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR