Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-ə yaxın artıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-ə yaxın artıb
# 19 iyun 2019 18:20 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 952,3 mln. manat təşkil edib ki, onun da 1 574,0 mln. manatı heyvandarlıq, 378,3 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,7%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9%, bitkiçilik məhsulları üzrə isə 24,9% artıb.

Respublikada yaz-tarla işləri davam etdirilir, iyun ayının 1-nə kimi 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb, 72,4 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 31,8 min hektarı dən üçün qarğıdalı), 56,8 min hektar sahədə kartof, 67,7 min hektar sahədə tərəvəz, 21,2 min hektar sahədə bostan bitkiləri, 100,1 min hektar sahədə pambıq, 16,3 min hektar sahədə dən üçün günəbaxan, 7,3 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə tütün, 64,9 min hektar sahədə çoxillik otlar, 1,7 min hektar sahədə birillik otlar və 1,4 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,1% artaraq 201,4 min ton, süd istehsalı 2% artaraq 845,9 min ton, yumurta istehsalı 3,2% artaraq 765,5 mln. ədəd və yun istehsalı 3,1% artaraq 12,2 min ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR