Bu il Azərbaycan buğda idxalını 78% artırıb

Bu il Azərbaycan buğda idxalını 78% artırıb
# 16 mart 2023 17:06 (UTC +04:00)

Cari ilin yanvar-fevral ayında Azərbaycana 81 mln. 987 min dollar dəyərində 268 min 114.16 ton buğda idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 78% və ya 117 min 517 ton, məbləğ baxımından isə 57.8% və ya 30 mln. 34 min çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayında buğdanın idxal qiyməti 2022-ci ilin eyni dövri ilə müqayisədə 11.6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR