Buğdanın idxal dəyəri 24%-dən çox artıb

Buğdanın idxal dəyəri 24%-dən çox artıb
# 22 iyun 2022 13:47 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 124 049,4 ABŞ dolları dəyərində 355 625,06 ton buğda idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 24,3% artıb, həcmi isə 9,3% azalıb.

Qeyd edək ki, bu ilin ilk beş ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,42%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR