Dünyada ən çox çay istehsal edən ölkələrin reytinqi açıqlanıb - TOP-10

Dünyada ən çox çay istehsal edən ölkələrin reytinqi açıqlanıb - TOP-10
# 28 iyun 2019 13:27 (UTC +04:00)

Çay dünyanın ən məşhur içkisi sayılır. Təkcə ABŞ-da 1990-cı ildən indiyədək çay idxalı 400%-dən çox artıb.

APA-Economics”in məlumatına görə, ilk dəfə çaydan Çində istifadə olunub ki, çinlilər bu içkidən dərman vasitəsi kimi yararlanırdı. XVII əsrdə isə çay Böyük Britaniyada məşhurlaşır və çay mərasimləri xüsusi ənənəyə çevrilir.

Aşağıda dünyada ən çox çay istehsal edən ölkələrin reytinqini diqqətinizə çatdırırıq. Reytinq çayın istehsalı ilə bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsaslanır.

Dünyada ən çox çay istehsal edən ölkələrin reytinqi:

#

Ölkə

İllik çay istehsalı, ton

1

Çin

2 473 443

2

Hindistan

1 325 050

3

Keniya

439 857

4

Şri-Lanka

349 699

5

Vyetnam

260 000

6

Türkiyə

234 000

7

İndoneziya

139 362

8

Myanma

104 743

9

İran

100 580

10

Banqladeş

81 850

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR