Bank Of Baku

Yaponiya insansız nəqliyyat gəmiləri hazırlayacaq

Yaponiya insansız nəqliyyat gəmiləri hazırlayacaq
# 05 oktyabr 2026 09:08 (UTC +04:00)

Yaponiya Müdafiə Nazirliyi fövqəladə vəziyyət zamanı qoşunların, sursatın və digər yüklərin daşınması üçün insansız nəqliyyat gəmilərinin hazırlanmasına başlayacaq.

APA xəbər verir ki, “Yomiuri” qəzetinin məlumatına görə, bunun üçün vəsait 2027-ci maliyyə ili büdcəsində nəzərdə tutulacaq.

Qəzet yazır ki, əsas məqsəd Tayvan yaxınlığında yerləşən uzaq Yaponiya adalarına yüklərin sürətli və nisbətən təhlükəsiz şəkildə pilotsuz çatdırılmasını təmin etməkdir. Tokio Tayvan ətrafını potensial münaqişə zonası kimi nəzərdən keçirir.

Avtomatik nəqliyyat gəmilərinin kameralar və radarlarla təchiz edilməsi, həmçinin peyk naviqasiya sisteminə qoşulması planlaşdırılır.

Yaponiya Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün rekord həcmdə – 8,9 trilyon yen (hazırkı məzənnə ilə 56,7 milyard dollar) büdcə tələb etməyi planlaşdırır. Əlaqəli xərclər də nəzərə alınmaqla, Yaponiyanın müdafiə xərclərinin 10,6 trilyon yeni (67,5 milyard dollar) keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR