Paşha Bank
Bank Of Baku

Bolsonaro və Lula da Silva prezident seçkilərinin ikinci turuna çıxıb - YENİLƏNİB

Bolsonaro və Lula da Silva prezident seçkilərinin ikinci turuna çıxıb - YENİLƏNİB
# 05 oktyabr 2026 05:14 (UTC +04:00)

Liberal Partiyasının namizədi, senator Flavio Bolsonaro və hazırkı prezident Luiz İnasio Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turuna çıxıblar.

APA xəbər verir ki, bu barədə səslərin 97,36 faizinin hesablanmasının nəticələrinə əsasən, Braziliya Ali Seçki Məhkəməsi məlumat verib.

Məhkəmənin məlumatına görə, seçkinin nəticələri artıq riyazi olaraq müəyyənləşib.

Flavio Bolsonaro 47,42 faiz (55 milyon 38 min 846 səs) toplayaraq birinci, Lula da Silva isə 44,70 faiz (51 milyon 886 min 308 səs) səslə ikinci yerdədir.

Namizədlərin heç biri səslərin 50 faizindən çoxunu qazana bilmədiyi üçün prezident seçkilərinin qalibi ikinci turda müəyyənləşəcək.

İkinci turun oktyabrın 25-də keçirilməsi planlaşdırılır.

***

02:33

Sağçı Liberal Partiyasının namizədi, senator Flavio Bolsonaro Braziliyada keçirilən prezident seçkilərinin birinci turunda mütləq çoxluğu itirib.

APA xəbər verir ki, bu barədə Ali Seçki Məhkəməsi (Mərkəzi Seçki Komissiyasının funksiyalarını yerinə yetirir) məlumat yayıb.

Məlumata görə, elektron protokolların 64,81 faizi hesablandıqdan sonra Bolsonaro 49,58 faiz səs toplayıb.

Hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva isə fərqi azaltmaqda davam edir və 42,25 faiz səslə ikinci yerdə qərarlaşıb. Ümumilikdə 79,3 milyondan çox səs hesablanıb.

Bolsonaronun nəticəsinin 50 faizdən aşağı düşməsi seçkinin qalibinin birinci turda müəyyənləşməyəcəyini rəsmən təsdiqləyir.

Beləliklə, namizədlər ikinci turda mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR