Ərazisindəki heyvanlarda təhlükəli xəstəliklər olan ölkələrə dair məlumatlar informasiya sisteminə ötürüləcək

Ərazisindəki heyvanlarda təhlükəli xəstəliklər olan ölkələrə dair məlumatlar informasiya sisteminə ötürüləcək
# 14 mart 2023 11:00 (UTC +04:00)

Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar elektron qaydada informasiya sisteminə ötürüləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Baytarlıq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR