“Taxıl dəhlizi” sayəsində taxılın qiyməti 440-450 dollardan 350-355 dollara düşüb

“Taxıl dəhlizi” sayəsində taxılın qiyməti 440-450 dollardan 350-355 dollara düşüb
# 04 avqust 2022 13:28 (UTC +04:00)

“Taxıl dəhlizi” ilə bağlı sazişin icrasına başlanması artıq ərzaq bazarlarına müsbət təsir göstərib. Bir ton taxılın qiyməti 440-450 ABŞ dollardan 350-355 dollara enib. Taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər azalıb.

APA-Economics” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişci “Anadolu” agentliyində keçirilən dəyirmi masa iştirakçıları ilə söhbət edərkən deyib.

Nazir xatırladıb ki, Rusiya və Ukrayna qlobal kənd təsərrüfatı bazarında liderlər sırasındadır və buna görə də Kiyev və Moskva arasında hər hansı problem qlobal vəziyyətə birbaşa təsir göstərir.
“İyulun 22-də İstanbulda imzalanan razılaşma daha böyük ərzaq böhranının qarşısını aldı. Razılaşmalar Türkiyə prezidenti və BMT baş katibinin səyləri ilə asanlaşdırılıb. İlk gəmi artıq Livana yollanır. Ümid edirik ki, prosesi problemsiz davam etdirəcəyik”, - deyə nazir xatırladıb.

Vahit Kirişci bildirib ki, keçən həftə Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski ilə söhbət edib.
“Ukraynalı nazir mənə anbarlarda yığılan 19 milyon ton taxıldan danışdı. Bu, təqribən Türkiyənin ilik istehsal etdiyi ilə eynidir. Ona görə də bütün bu məhsulların müştərilərə çatdırılması çox vacibdir. Mən ukraynalı həmkarıma xarici ticarətdə kömək etməyə və bunu müştərilərə çatdırmağa hazır olduğumu bildirdim. Məhsulların Türkiyə üzərindən tədarükü də bu prosesi sürətləndirəcək”, - deyə Vahit Kirişci qeyd edib.

Türkiyədəki vəziyyətə gəlincə, nazirin sözlərinə görə, builki məhsul ölkənin özünün tələbatını tam ödəyəcək, hətta bir qədər də keçəcək. “Quraqlıq olmayan illərdə Türkiyədə taxıl istehsalı 125-126 milyon ton təşkil edir. Ötən il azalma olub - 120 milyon ton”, - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR