"Oskar" nominasiyasının qısa siyahısına düşən filmlər açıqlanıb

"Oskar" nominasiyasının qısa siyahısına düşən filmlər açıqlanıb
# 22 dekabr 2021 09:32 (UTC +04:00)

Amerika Kino Sənətləri Akademiyası bir sıra nominasiyalar üzrə "Oskar" nominasiyasının qısa siyahısına düşən filmləri elan edib.

APA-nın Akademiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Xarici dildə ən yaxşı film” nominasiyasında 15 filmin yer aldığı siyahıya Avstriya, Belçika, Butan, Danimarka, Finlandiya, Almaniya, İslandiya, İran, İtaliya, Yaponiya, Kosovo, Meksika, Norveç, Panama, İspaniyadan olan filmlər daxil edilib.

Mükafata namizədlərin tam siyahısı fevralın 8-də açıqlanacaq, mükafatlandırma mərasimi isə martın 27-nə planlaşdırılıb.

Qeyd edək ki, “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edən "Daxildəki ada" filmi qısa siyahıda yer almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR