Bank Of Baku

Hindistanda sabiq deputat və qardaşı canlı yayımda güllələnib

Hindistanda sabiq deputat və qardaşı canlı yayımda güllələnib
# 16 aprel 2023 19:22 (UTC +04:00)

Hindistanda adam oğurluğu, qətl və hücumda günahlandırılan sabiq deputat Atik Əhməd və qardaşı Əşrəf canlı yayımda güllələnib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Atik Əhməd və qardaşı Əşrəf Uttar-Pradeş ştatının Prayaqrac şəhərində polis müşayiəti ilə tibbi müayinəyə gətirilən zaman baş verib.

Polis bildirib ki, motosikletlə gələn 3 nəfər özünü jurnalist kimi təqdim edib və Atif Əhmədlə qardaşına yaxınlaşaraq yaxın məsafədən başlarına atəş açıblar. Həmin şəxslər polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Atik Əhməd Uttar-Pradeş ştatının Pxulpur dairəsindən deputat olub. Ona qarşı qətl, insan oğurluğu və dələduzluq da daxil olmaqla, 90 cinayət işi açılıb. O, həmçinin 2018-ci ildə Allaxabad Universitetinin professoruna hücumda da ittiham olunub. 60 yaşlı Atik Əhməd 2019-cu ildə vəkil Umeş Palanın oğurlanmasında günahkar sayıldıqdan sonra saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR