ABŞ terrorçulara qarşı İraqla birgə əməliyyatları bərpa edib

ABŞ terrorçulara qarşı İraqla birgə əməliyyatları bərpa edib
# 16 yanvar 2020 07:11 (UTC +04:00)

ABŞ ordusu yanvarın əvvəlində dayandırılan İŞİD terror qruplaşmasına qarşı İraqla birgə hərbi əməliyyatları bərpa edib.

APA xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ-ın adı açıqlanmayan iki yüksək rütbəli hərbi məmuruna istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ və İraq çərşənbə günü yenidən əməliyyatlar keçirməyə başlayıblar. Onlar bu bölgədəki ABŞ-İraq əməkdaşlığının dayandırılmasından sonra İŞİD tərəfindən “qələbə ilə bağlı hər hansı bir təbliğatı yatırtmaq” üçün hərbi əməliyyatlara mümkün qədər tez başlamaq istədiklərini vurğulayıblar.

Qeyd edək ki, hərbi əməliyyatlar ABŞ hərbi bazalarına hücum təhlükəsi ilə əlaqədar dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR