Ayətullah Əli Xamenei Qətər əmiri ilə bölgədəki vəziyyəti müzakirə edib

Ayətullah Əli Xamenei Qətər əmiri ilə bölgədəki vəziyyəti müzakirə edib
# 12 yanvar 2020 21:06 (UTC +04:00)

Bölgədə hazırkı vəziyyət onu göstərir ki, region ölkələri arasında əlaqələrin daha da gücləndirilməsinə və onların əcnəbilərin təsiri altına düşməməsinə daha çox ehtiyac var.

APA-nın Tehran bürosunun məlumatına görə, bu fikri İranın Ali Lideri Ayətullah Əli Xamenei Tehranda səfərdə olan Qətər əmiri Tamim bin Hamad Al Tani ilə görüşündə bildirib.

“İran İslam Respublikası dəfələrlə elan edib, şəxsən cənab prezident açıq şəkildə bunu bildirib ki, İran region ölkələri ilə daha yaxından əməkdaşlıq etməyə hazırdır. Bölgədə hazırkı şəraitdə vəziyyət əlverişsizdir. Bunun səbəbi ABŞ və onun dostlarının fitnəsidir. Onlarla yeganə mübarizə yolu bölgə daxilində əməkdaşlığa söykənməkdir”, - deyə Xamenei qeyd edib.

İran və Qətər arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Ayətullah Xamenei diqqətə çatdırıb ki, iki ölkə arasındakı iqtisadi əlaqələr siyasi əlaqələr səviyyəsində deyil: “İki ölkə müştərək sahələrdə əməkdaşlıqlarını artırmalıdır. Əlbətə bəziləri, xüsusilə dünyanın o başından bölgəyə gələnlər region ölkələri arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı deyillər. Lakin bu məsələnin onlara aidiyyəti yoxdur. Bölgə xalqları və ölkələri daha bu cür müdaxilələri qəbul etmirlər”.

Görüşdə Qətər əmiri Xamenei ilə görüşdən məmnunluğunu dilə gətirib və bildirib ki, bölgə ölkələri arasında əməkdaşlığın artırılması ilə bağlı fikirlərlə tamamilə razıdır: “Düşünürəm ki, bölgə ölkələri arasında kompleks danışıqlar aparılmalıdır”.

Qətər əmiri deyib ki, Tehrandakı danışıqlarda razılaşdıq ki, 3 aydan sonra iki ölkənin müştərək iqtisadi komissiyasının İranda iclası keçirilsin: “Ümid edirəm, İran və Qətər arasında iqtisadi əlaqələr siyasi əlaqələr qədər inkişaf edəcək”.

Qətərin əmiri danışıqlar əsnasında ölkəsinə qarşı sanksiyalar tətbiq edilərkən İranın yardımlarına görə Ali Liderə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR