Azərbaycanla İran arasında su və energetika ehtiyatlarından istifadə ilə bağlı görüş keçirilib

Azərbaycanla İran arasında su və energetika ehtiyatlarından istifadə ilə bağlı görüş keçirilib
# 27 iyun 2020 21:01 (UTC +04:00)

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən birgə komissiyasının videokonfras formatında 49-cu iclası keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, iclasda İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətləri üzrə, Azərbaycanın isə Bakı və Naxçıvan üzrə Meliorasiya və Su Təsərrüfatı şirkətlərinin sədr müavinləri iştirak edib.

İclasda hər iki ölkənin Araz çayının su və energetika ehtiyatlarından, eləcə də ekologiya resurslarından səmərəli istifadəsi ilə bağlı danışıqlar aparılıb və razılıqlar əldə olunub.

İclasda su ilə bağlı risklərin idarə olunması, sel və daşqınların qarşısını almaq üçün araşdırmaların aparılması və xəbərdarlıq sisteminin quraşdırılması ilə bağlı qərarlar qəbul olunub. Qərara alınıb ki, bu araşdırmalar və sistem Araz və Mil-Muğan bəndlərinin istismara verilməsinin 50-ci ildönümü münasibətilə hər iki ölkə rəsmilərinin iştirakı ilə yaxın gələcəkdə keçiriləcək mərasimdə təqdim olunsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR