BMT Baş Assambleyasının 81-ci sessiyası (UNGA81) çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb.
APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Görüşdə Azərbaycan–ABŞ strateji münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb, uzunmüddətli regional təhlükəsizlik, sülh və sabitliyin təşviqi məqsədilə ABŞ Konqresi ilə institusional əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı Azərbaycanın regionda əsas rol oynadığı qeyd edilib.