Çavuşoğlu: “Aya Sofya ilə bağlı qərara hamı hörmət etməlidir”

Çavuşoğlu: “Aya Sofya ilə bağlı qərara hamı hörmət etməlidir”
# 27 iyul 2020 15:13 (UTC +04:00)

“UNESCO ilə əlaqədəyik. Aya Sofya namazdan əlavə, ziyarət üçün açıq olacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ispaniyalı həmkarı Arança Qonsalez Layya ilə birgə mətbuat konfransında deyib.

“Yunanıstanın reaksiyasını başa düşmək mümkün deyil. Bu, Türkiyənin suverenlik məsələsidir. Bayraq yandırma və digər cılız hərəkətlər onlara yaraşır. Qəbul etdiyimiz qərara hamı hörmət etməlidir. Biz necə ki, Aya Sofyanı 1453-cü ildən bu günə kimi qorumuşuqsa, yenə də qoruyacağıq”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR