Çavuşoğlu: "Liviyada daimi sülhün əldə olunması üçün İtaliya ilə birgə əməkdaşlıq edəcəyik"

Çavuşoğlu: "Liviyada daimi sülhün əldə olunması üçün İtaliya ilə birgə əməkdaşlıq edəcəyik"
# 19 iyun 2020 17:50 (UTC +04:00)

“Liviyada nəticə verəcək siyasi proses və daimi sülhün əldə olunması üçün İtaliya ilə birgə əməkdaşlıq edəcəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğıu İtaliya Xarici İşlər naziri Luici di Mayo ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə beynəlxalq səviyyədə tanınan Tripolidəki Milli Razılıq Hökumətini dəstəkləyir: “Türkiyənin dəstəyi ilə Milli Razılıq Hökuməti Rusiyanın, BƏƏ-nin və Misirin dəstək verdiyi Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusunun 14 aylıq hücumuna cavab verib”.

M. Çavuşoğlu əlavə edib ki, Türkiyə Liviyanın enerji ehtiyaclarını ödəmək üçün İtaliya ilə əməkdaşlıq etmək istəyir.

İtaliyanın Xarici İşlər naziri Luici di Mayo da öz növbəsində ölkəsinin dialoqu dəstəklədiyini, Liviya hökuməti və Liviyadakı digər oyunçularla dialoqa hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR