Çavuşoğlu: “Terrorçularla mübarizəni sərtləşdirmək üçün İraqla viza rejimini yenidən bərpa etdik”

Çavuşoğlu: “Terrorçularla mübarizəni sərtləşdirmək üçün İraqla viza rejimini yenidən bərpa etdik”
  • Clock-gray 15:17
  • calendar-gray 16 Dekabr 2020

“Türkiyə İraq və Suriyada yaşayan türklər də daxil olmaqla, ayrı-seçkilik etmədən digər etnik qrupların da haqlarını müdafiə etmək üçün dəstəyini davam etdirəcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan iraqlı həmkarı Fuad Hüseynlə birgə keçirdiyi mətbuat konfransnda deyib.

O bildirib ki, 2009-cu ildən əldə edilən razılaşmaya əsasən, Türkiyə və İraq arasında qarşılıqlı vizasız gediş-gəliş təmin olunub, lakin İŞİD, PKK, YPG terror təşkilatlarının fəallığı artdığı üçün viza rejimi yenidən qüvvəyə minəcək: İŞİD İraqı 40, Suriyanı isə 50 faiz nəzarəti altında saxlayır. Əlbəttə İraq İŞİD-ə qarşı mübarizədə böyük zəfər əldə edib. Amma terrorla bağlı narahatlığımız yenə qalır. Buna görə də viza rejimini yenidən tətbiq etmək məcburiyyətində qaldıq, baxmayaraq ki, iqtisadi və turizm baxımından bu bizim üçün heç əlverişli deyil”.

F. Hüseyn isə bildirib ki, İraq-Türkiyə əlaqələri ilə yanaşı, regional məsələləri də müzakirə ediblər: “Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşma haqda da fikir mübadiləsi apardıq”.

İraqlı nazir onu da qeyd edib ki, sabah İraqın Baş naziri Mustafa əl-Kazımi Ankaraya rəsmi səfər edəcək.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər