Çində 5.1 maqnitudalı zəlzələ olub

Çində 5.1 maqnitudalı zəlzələ olub
# 12 iyul 2020 09:50 (UTC +04:00)

Bu gün Çinin Hebey əyalətində 5.1 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 06.38 radələrində baş verən zəlzələnin ocağı Que rayonunun Tanşan şəhərində 10 km dərinlikdə yerləşib. Que rayonuna yanğınsöndürənlər və xilasedicilər göndərilib.

Hələlik dağıntı və tələfat barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR