Çinin Baodin şəhərində koronavirusa görə hərbi vəziyyət elan olunub

Çinin Baodin şəhərində koronavirusa görə hərbi vəziyyət elan olunub
# 15 iyun 2020 12:15 (UTC +04:00)

Çinin Baodin şəhərində koronavirus pandemiyası səbəbindən hərbi vəziyyət elan olunub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, paytxat Pekindən 147 km aralığda yerləşən Baodində kənd təsərrüfatı məhsullarının topdan satış bazarında koronavirus aşkarlandığından hərbi vəziyyət tətbiq edilib.

“Epidemiya ilə Mübarizə üzrə Baş Qərargah Baodində koronavirusun yayılmasının qarşısını almaq üçün hərbi vəziyyətin sürətlə tətbiq olunduğunu və müharibə vaxtı mexanizminin işə salındığını elan edib”, - deyə şəhər rəhbərliyinin yaydığı açıqlamada bildirilir.

Qeyd edək ki, Baodin şəhərinin əhalisinin sayı 11 milyondan çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR