Filippində "Dujuan" qasırğası səbəbindən 50 min insan evakuasiya edilib

Filippində "Dujuan" qasırğası səbəbindən 50 min insan evakuasiya edilib
# 22 fevral 2021 06:14 (UTC +04:00)

Filippinin bir neçə əyalətində "Dujuan" qasırğası səbəbindən 51 min insan yaşayış yerindən təxliyə edilib.

APA “Sinxua” agentliyinə istinadən xəbər verir ki, qasırğa Filippin sahillərinə orta hesabla 25-18 km/saat sürətlə irəliləyir.

Qeyd edək ki, tropik qasırğanın bu il ilk dəfə olaraq fevralın 22-də Filippinin sahil ərazisinə çatacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR