Fələstin BƏƏ-dən səfirini geri çağırıb

Fələstin BƏƏ-dən səfirini geri çağırıb
  • Clock-gray 06:22
  • calendar-gray 14 Avqust 2020

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında münasibətlərin normallaşmasına dair razılığın əldə edilməsi səbəbindən Fələstin bu ölkədəki səfirini geri çağırıb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki facebook səhifəsində yazıb.

O bildirib ki, Fələstin rəhbərliyi İsrail, BƏƏ və ABŞ arasındakı üçtərəfli razılaşmanı qınayır. 

Qeyd edək ki, yaxın həftələrdə İsrail və BƏƏ arasında investisiya, turizm, birbaşa uçuşlar, təhlükəsizlik, telekommunikasiya və digər sahələr üzrə bir sıra sazişlərin imzalanacağı bildirilir.

Rəşad Sarıyev

Digər xəbərlər