Fəxrəddin Qoca: “Türkiyədə bir neçə növ yerli istehsal olan COVID-19 peyvəndi tətbiq ediləcək”

Fəxrəddin Qoca: “Türkiyədə bir neçə növ yerli istehsal olan COVID-19  peyvəndi tətbiq ediləcək”
# 26 noyabr 2020 00:14 (UTC +04:00)

“16 növ peyvənddən 4-nün üzərində aktiv fəaliyyətlər davam edir. Ən geci aprel ayından yerli istehsal olan peyvəndlərimizin istifadəsi kütləvi hal alacaq. Türkiyə istehsalı olan peyvənd növü bir deyil, birdən artıq nəzərdə tutulub”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində COVID-19-la mübarizə tədbirləri üçün yaradılan Elm Qurumunun növbəti toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, Türkiyədə heç bir problem yaranmayacağı təqdirdə dekabrın 11-dən COVID-19 peyvəndinin cədvəli açıqlanacaq: “44 könüllüyə eyni cür peyvənd tətbiq olundu və heç bir problem yaşanmadı. 26 noyabr - 14 dekabr aralığında ikinci mərhələ peyvənd tətbiqinə başlanacaq”.

F.Qoca peyvənd məsələsi ilə bağlı Türkiyənin Almaniya, Çin və Rusiya ilə əməkdaşlığın davam etdiyini deyib. Nazir peyvəndlərin əhaliyə pulsuz vurulacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR