Hindistanda daşqın nəticəsində 200-dən çox insan itkin düşüb

Hindistanda daşqın nəticəsində 200-dən çox insan itkin düşüb
# 08 fevral 2021 15:01 (UTC +04:00)

Hindistanda buzlağın əriməsi daşqınlara səbəb olub, ölənlər var.

APA-nın NDTV-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 18 nəfər ölüb, 200-dən artıq şəxs itkin düşüb.

Daha öncə yerli rəsmilər 14 nəfərin öldüyünü, 170 nəfərin itkin düşdüyünü bildirin.

Xilasedicilər təxminən 30 nəfərin olduğu 2,5 km uzunluğunda olan tunelin ərazisində xilasetmə işləri aparır. Ötən gecədən davam edən xilasetmə işləri hələ nəticə verməyib.

Qeyd edək ki, buzlaq bazar günü səhər Qanqın qollarından biri olan Dhauliqanqi çayına düşüb. Xilasetmə əməliyyatına Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin bir neçə qrupu ilə yanaşı sərhədçilər və yerli xilasedicilər qoşulub.

Təbii fəlakət nəticəsində elektrik stansiyasının bəndi də dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR