Hindistanda koronavirusa yoluxanların sayı 14300-ü ötüb

Hindistanda koronavirusa yoluxanların sayı 14300-ü ötüb
# 18 aprel 2020 11:05 (UTC +04:00)

Hindistanda koronavirusa yoluxanların sayı bir gündə təxminən 1000 nəfərə yaxın artaraq 14 378-ə çatıb.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Ümumilikdə hazırda 11 906 nəfərin müalicəsi davam edir, sağalanların sayı 1 991, ölənlərin sayı isə 480-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR