Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, 14 nəfər ölüb

Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, 14 nəfər ölüb
# 14 fevral 2021 09:27 (UTC +04:00)

Hindistanda ölkənin cənub-şərqində yerləşən Andra-Pradeş ştatında baş verən qəzada 14 nəfər ölüb, dörd nəfər yaralanıb.

APA bildirir ki, bu barədə “Times of İndia” qəzeti məlumat yayıb.

Məlumata görə, bir mikroavtobus yük maşını ilə toqquşub və 14 nəfər yerindəcə ölüb. Ölənlər arasında bir uşağın olduğu qeyd edilir. İki uşaq da daxil olmaqla dörd nəfər ağır yaralanıb.

Qəzetin yazdığına görə, zərərçəkənlər xəstəxanaya göndərilib, vəziyyətləri ağır olaraq qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR