Hulusi Akar: “Suriya hakimiyyəti atəşkəsə əməl etmir”

Hulusi Akar: “Suriya hakimiyyəti atəşkəsə əməl etmir”
# 13 fevral 2020 17:21 (UTC +04:00)

"İndiyədək Suriyada atəşkəsin təmin olunması üçün dəfələrlə razılaşma əldə olunsa da, Suriya hakimiyyəti buna əməl etmir”.

APA-nın yerli bürosunun Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Brüsseldə olan Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, Suriyada atəşkəsin qarantı olan Türkiyə artan silahlı hücumların qarşısını almaq məcburiyyətindədir.

H. Akarın sözlərinə görə, bu məsələdə NATO və digər müttəfiq ölkələrin Müdafiə nazirləri ilə fikir mübadiləsi aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR