İbrahim Kalınla ABŞ Prezidentinin müşaviri arasında telefon danışığı olub

İbrahim Kalınla ABŞ Prezidentinin müşaviri arasında telefon danışığı olub
# 22 may 2020 15:02 (UTC +04:00)

Türkiyə Prezidentin mətbuat katibi İbrahim Kalının ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obraynla telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, telefon danışığı zamanı İ. Kalın və R. Obrayn ikitərəfli münasibətlər, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, NATO-da əməkdaşlıq, Suriya və Liviya münaqişələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İ. Kalın Liviyada Xəlifə Haftarın qanunsuz hərəkətlərinə son qoyulmasının zəruriliyinə toxunub.

Suriya münaqişəsinin həlli və terrorizmlə mübarizədə daha çox səy göstərilməli olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR