İndoneziyada içərisində 50-dən çox sərnişinin olduğu təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

İndoneziyada içərisində 50-dən çox sərnişinin olduğu təyyarə qəzaya uğrayıb - YENİLƏNİB
# 09 yanvar 2021 15:40 (UTC +04:00)

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” yerli TV-yə istinadən məlumat yayıb.

Bildirilib ki, sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb.

Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.

***

saat 15:27

İndoneziyada sərnişin təyyarəsi ilə əlaqə kəsilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İndoneziyanın Nəqliyyat Nazirliyinin mətbuat katibi Adita Irawati bildirib ki, “Srivijaya” Hava Yollarına aid sərnişin təyyarəsi havaya qalxandan 5 dəqiqə sonra onunla əlaqə kəsilib.

Onun sözlərinə görə, Cakarta-Pontianak reysini yerinə yetirən təyyarənin koordinatının müəyyən edilməsi üçün işlər aparılır.

O, təyyarənin ekipaj üzvü və sərnişin sayı barədə məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR