İndoneziyada posta hücum zamanı bir polis öldürülüb

İndoneziyada posta hücum zamanı bir polis öldürülüb
# 01 iyun 2020 13:51 (UTC +04:00)

İndoneziyada samuray qılıncı ilə silahlanmış naməlum ekstremistlər polis postuna hücum ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər Cənubi Kalimantan əyalətində baş verib.

Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, digəri isə ağır yaralanıb.

Polislər ekstremistlərdən birini yaralayıblar. O, xəstəxanaya aparılarkən ölüb.

Hücum edənlərdən birinin üzərindən “Quran” və cihada çağırış barədə məktub tapılıb.

Hüquq-mühafizə orqanları hücum edənlərin İŞİD-lə əlaqəsinin olub-olmadığını araşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR