İran XİN BƏƏ ilə İsrail arasında diplomatik əlaqələrin qurulmasına münasibət bildirib

İran XİN BƏƏ ilə İsrail arasında diplomatik əlaqələrin qurulmasına münasibət bildirib
# 14 avqust 2020 12:38 (UTC +04:00)

İran Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında diplomatik əlaqələrin qurulması ilə bağlı bəyanat yayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in bəyanatında bu addım pislənilib.

Qeyd olunub ki, BƏƏ-nin qərarı utancverici olmaqla bərabər həm də təhlükəlidir.

“Bu addımdan irəli gələn hər hansı hadisənin məsuliyyəti BƏƏ və onu müşayiət edən digər ölkələrin üzərində olacaq”, - deyə bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR