İran yeni nəsil sentrifuqalara qaz vurmağa başlayıb

İran yeni nəsil sentrifuqalara qaz vurmağa başlayıb
  • Clock-gray 17:42
  • calendar-gray 18 Noyabr 2020

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın uran heksafluorid (UF6) qazını yeni nəsil İR-2m sentrifuqalarına vurmağa başladığını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Reuters” AEBA-ya istinadən xəbər yayıb.

Bildirilib ki, İran bu yaxınlarda Nətənz yeraltı nüvə obyektində quraşdırdığı 174 ədəd IR-2m sentrifuqasını istismara verib.

İranın bu addımının İranın böyük güclərlə imzaladığı nüvə sazişinə zidd olması və yeni pozuntu olduğu qeyd olunub. Nüvə sazişinə görə, İran yalnız birinci nəsil IR-1 sentrifuqalar vasitəsi ilə uranı zənginləşdirə bilər.

Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətinə dair yeni hesabatının başqa bir hissəsi də açıqlanıb. Sənədə əsasən, İranda saxlanılan uranın miqdarı icazə verilən həddən 12 dəfə çoxdur. Habelə Tehranın daha əvvəl sözügedən agentliyə çıxışı təmin etdiyi iki nüvə obyektinin yoxlanılmasına toxunulub və üçüncü şübhəli bir obyektin mövcudluğundan xəbər verilib. Məlumata görə, rəsmi Tehran daha əvvəl bu barədə məlumat verməyib.

Süleyman Fərzəliyev

Digər xəbərlər