İranda baş verən qəzada 3 nəfər ölüb, 24 nəfər yaralanıb

İranda baş verən qəzada 3 nəfər ölüb, 24 nəfər yaralanıb
  • Clock-gray 10:27
  • calendar-gray 03 Dekabr 2019

İranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Oranda Qəzvin – Zəncan maqistral yolunda baş verən zəncirvarı qəzada 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

Məlumata görə, hadisə yerli vaxtla 01:58-də baş verib. Qəza nəticəsində avtobus  yük maşını və bir neçə minik avtomobili ilə toqquşub. 

Yaralananlardan 10 nəfərin vəziyyəti ağır olduğundan, onlar xəstəxanaya yerləşdiriliblər. 14 nəfər isə ambulator müayinə olunub.

Süleyman Fərzəliyev

Digər xəbərlər