İranda bir gündə koronavirusdan 89 nəfər ölüb

İranda bir gündə koronavirusdan 89 nəfər ölüb
  • Clock-gray 13:56
  • calendar-gray 17 Aprel 2020

İranda son sutka ərzində 89 nəfər yeni növ koronavirusdan vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

O bildirib ki, İranda koronavirusdan vəfat edənlərin sayı 4958 nəfərə çatıb.

İranda son sutka ərzində 1499 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanların ümumi sayı 79 494 nəfərdir.

İndiyədək virusa yoluxanların 54 064 nəfəri sağalıb.

Hazırda virus daşıyıcısı olan 3563 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

apa-logo-mini

Digər xəbərlər