İranda irimiqyaslı hərbi təlimlər keçirilir

İranda irimiqyaslı hərbi təlimlər keçirilir
# 28 iyul 2020 11:27 (UTC +04:00)

İranda “Böyük peyğəmbər 14” adlı hərbi təlimlər keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru, dəniz və hava qoşunları bu gün səhərdən Hörmüzqan əyalətində, Hörmüz boğazında və ölkənin müxtəlif hissələrində müştərək təlimlər keçirir.

Təlimlərin son mərhələsində raket sistemləri, gəmilər, pilotsuz uçuş aparatları əməliyyatlar keçirəcək, radar sistemlərindən istifadə olunacaq.

Bugünkü təlimlərdə ilk dəfə İran təlim bölgəsini orbitə göndərdiyi “Nur” peyki vasitəsilə çəkilmiş şəkillərlə izləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR