İranda koronavirusa görə maska çatışmazlığı yaranıb

İranda koronavirusa görə maska çatışmazlığı yaranıb
# 04 mart 2020 14:45 (UTC +04:00)

İranda koronavirusa görə maska çatışmazlığı yaranıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Ərzaq və Dərman Məhsulları Təşkilatının yaydığı açıqlamada bildirilib.

“Tibb müəssisələrində və xəstəxanalarda istifadə üçün həftə ərzində 40 milyon ədəd maskaya ehtiyac var. Təəssüflər olsun ki, ötən bir neçə gün ərzində ehtiyacı təmin etmək üçün Səhiyyə Nazirliyi qara bazardan maska alıb. Hazırda “N95” maskalarının ölkəyə idxalı ilə bağlı səylər göstərilir”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR