İranda koronavirusdan ölənlərin sayı 3739 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 3739 nəfərə çatıb
  • Clock-gray 14:03
  • calendar-gray 06 Aprel 2020

İranda son 24 saat ərzində 136 nəfər koronavirusdan vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 3739 nəfərə çatıb.

Son sutka ərzində 2274 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 60 500 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bu günədək 24 236 nəfərin sağaldığını, hazırda xəstəlik daşıyıcısı olan 4083 nəfərin isə vəziyyətinin ağır və orta ağır olduğunu qeyd edib. 

Zümrüd Paşkin

Digər xəbərlər