İranda koronavirusdan ölənlərin sayı 40 minə yaxınlaşır

İranda koronavirusdan ölənlərin sayı 40 minə yaxınlaşır
  • Clock-gray 15:35
  • calendar-gray 10 Noyabr 2020

İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 39 202 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10 339 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 703 288 nəfərə yüksəlib. 

İranda indiyədək 530 694 nəfər koronavirusdan sağalıb. Virus daşıyıcılarından 5 584 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Süleyman Fərzəliyev

Digər xəbərlər