İranda koronavirusdan ölənlərin sayı 47 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 47 mini ötüb
# 27 noyabr 2020 14:30 (UTC +04:00)

İranda ötən sutka ərzində 406 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 47 095 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 14 051 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 922 397 nəfərə yüksəlib.

İranda indiyədək 640 065 nəfər koronavirusdan sağalıb. Virus daşyıcılarından 5 860 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR