İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb

İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb
# 22 fevral 2020 13:18 (UTC +04:00)

İranda yeni koronavirusdan (2019-nCoV) ölənlərin sayı artır.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, daha 10 nəfərin bu virusa yoluxduğu açıqlanıb, bir nəfər isə ölüb.

Bununla, İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb.

Qeyd edək ki, yeni koronavirus (2019-nCoV) epidemiyası 2019-cu il dekabrın sonunda Çinin mərkəzində yerləşən, 12 milyon əhalisi olan Uhan şəhərində baş qaldırıb. Ümumdünya Səhiyyə Təşkilatı virusu beynəlxalq miqyasda təhlükə elan edib.

Çindən kənarda artıq 25 ölkədə koronavirusa yoluxma halı aşkarlanıb.

Fevralın 22-nə olan məlumata görə, Çində virusdan 2345 nəfər ölüb, 20 659 nəfər sağalaraq xəstəxanalardan buraxılıb, 75 891 nəfər bu virusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR