İranda ötən sutkada 323 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 323 nəfər koronavirusdan ölüb
# 08 dekabr 2020 14:49 (UTC +04:00)

İranda ötən sutka ərzində 323 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 50 917 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11 023 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 062 397 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR