İranda ötən sutkada COVID-19-dan 108 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 108 nəfər ölüb
# 01 mart 2021 15:23 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 108 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 60 181 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 510 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 639 679 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 3 732 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 399 934 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR