İranda yeni koronavirusa (COVİD-19) yoluxanların sayı 12 729-a çatıb, 611 nəfər dünyasını dəyişib.
APA-nın məlumatına görə, bu barədə İran Səhiyyə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbərik Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, son sutka ərzində ölkədə 1365 yeni yoluxma qeydə alınıb, 97 nəfər vəfat edib.