İranda son sutkada 71 nəfər koronavirusdan ölüb

İranda son sutkada 71 nəfər koronavirusdan ölüb
# 29 yanvar 2021 14:50 (UTC +04:00)

İranda ötən sutka ərzində 71 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 807 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 573 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 405 414 nəfərə çatıb. Virus daşıyıcılarından 3 990 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 196 374 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR