İranda son sutkada 98 nəfər koronavirusdan ölüb

İranda son sutkada 98 nəfər koronavirusdan ölüb
  • Clock-gray 14:42
  • calendar-gray 12 Yanvar 2021

İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID -19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 360 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 408 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 299 022  nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 507 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 088 456 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər