İranda son sutkada COVID-19-dan 188 nəfər vəfat edib

İranda son sutkada COVID-19-dan 188 nəfər vəfat edib
# 18 iyul 2020 14:44 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 188 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, İranda koronavirusdan ölənlərin sayı 13 979 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 166 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxaraq xəstəxanalara yerləşdirilənlərin ümumi sayı 271 606 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR