Şimali Koreya nüvə sınaqlarını dayandırmaqdan imtina edib.
APA xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi rəsmi Pxenyana nüvə sınaqlarını dayandırmaqla bağlı edilən çağırışları "düşmən qüvvələr tərəfindən həyata keçirilən provokasiyalar" adlandırıb.
Nazirlik Şimali Koreyanın məsuliyyətli nüvə dövləti olduğunu bildirib və ölkənin bu statusunun geriqaytarılmaz xarakter daşıdığını vurğulayıb.
Qeyd edək ki, Avstraliya, Kanada, Finlandiya, Almaniya, Yaponiya və Niderland Şimali Koreya tərəfindən həyata keçiriləcək istənilən nüvə sınağının qəbuledilməz olduğunu bəyan ediblər.