İranın Gülüstan əyalətinin Ramyan bölgəsində baş verən zəlzələdə xəsarət sayı 22 nəfərə çatıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Gurçay və Veyru kəndlərində evlərə ciddi ziyan dəyib.
Zəlzələ nəticəsində dağ uçqunu olub, bir neçə kəndlə əlaqələr kəsilib.
***
08.20
Bu gün səhər İranın Gülüstan əyalətinin Ramyan bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ 9 km dərinlikdə qeyd alınıb. İlkin məlumata görə, Gurçay və Veyru kəndlərində zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb.
Çox sayda evə ziyan dəyib. Hadisə yerinə Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri cəlb olunub.